17 Mart, 2011
İNTERPOL İSLAMÇINI AXTARIR, ONUNSA YERİ BƏLLİDİR

İslam Partiyasının sədri axtarışda olan Yusif Ələkbərovun müqəddəs yerlərə ziyarətlər təşkil etdiyini deyir

Azərbaycan İslam Partiyası (AİP) Gəncə şəhər təşkilatının sədri Yusif Ələkbərov barəsində beynəlxalq axtarış elan edilib. Bu barədə APA-ya İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan bildirilib. Y.Ələkbərov mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda və terrorçuluqda təqsirli bilinir. 

Bu il yanvarın 14-də hüquq mühafizə orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsindəY.Əkbərovun Gəncədəki evindən xeyli silah-sursat tapılıb.

İslam Partiyasının sədri Elçin Manafov isə Simsar.az-a bildirib ki, Y.Ələkbərov gizlənməyib: «O, Məşhədə və Kərbəlaya ziyarətlər təkşil edir. İşi ilə əlaqədar olaraq xaricdədir. Evində axtarış aparılanda da o, xaricdə olub».

RUSLAN



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!