17 Mart, 2011
Qəddafinin son döyüşünün vaxtı təyin olundu

Hökumət qoşunları artıq Benqazi aeroportunu bombalayır

Liviya lideri Müəmmər Qəddafi martın 17-ni «həlledici döyüş günü» elan edib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, hazırda ölkənin qərbində üsyançıların əlində qalan yeganə şəhər olan Misrata uğrunda qanlı döyüşlər gedir. 

Bu şəhərin alınmasından sonra Qəddafinin qüvvələri üsyançıların iqamətgahı sayılan Benqazinin alınmasına başlayacaqlar. Hazırda ordu geniş əks-hücuma hazırlaşır.

Hökumətə sadiq qırıcı təyyarələr Benqazidən 10 kilometr aralıda yerləşən Benin aeroportuna zərbə endiriblər. Bundan əvvəl qiyamçılara şəhəri tərk etmək təklif olunub. Amma qiyamçılar təklifi rədd ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!