17 Mart, 2011
REKTOR VƏ PROREKTOR HƏBS OLUNDU

Onlar Cinayət Məcəlləsinin ən ağır maddələrində günahkar bilinirlər

Bir müddət öncə bağlanan Moskva Dövlət Açıq Universitetinin Bakı filialında həbslər həyata keçirilməsi məlumatı yayılıb. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Korrupsiya cinayətləri üzrə mübarizə idarəsinin keçirdiyi əməliyyat nəticəsində, sözügedən universitetin rektoru Muğan Salahov, prorektor Ramazan Hüseynov və kassir Nemət Həsənov həbs ediliblər.Simsar.az -ın məlumatına görə, əməliyyatın tam təfərrüatı bəlli olmasa da, Universitetdən bildiriblər ki, hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin bir neçə, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda özgə əmlakını ələ keçirməklə törədilən dələduzluq, mənimsəmə və israf etmə maddələri ilə cinayət işi başlanılıb. Hər üç şəxsin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı deyilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!