14 İyun, 2014
“Google Maps” əlavəsi milyarddan çox yüklənib

“Google” şirkəti “Google Maps” kartoqrafik əlavəsinin 1 milyard dəfədən çox yüklənən ikinci əlavə olduğunu açıqlayıb. Bildirilir ki, söhbət yalnız əlavənin “Android” sistemli qurğular üçün nəzərdə tutulan versiyasından gedir və siyahıya "Windows Phone” və “iOS” əlavə edilsə, yükləmə sayı daha çox olar.

Simsar.az-ın məlumatına görə “Android Police” nəşri vurğulayır ki, bir milyard dəfə yüklənmə həddini ilk dəfə “Gmail” əlavəsi dəf edib. Qeyd olunur ki, “Gmail” və “Google Maps” əlavələri “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən əksər smartfon və planşet kompüterlərdə əvvəlcədən quraşdırılır və internet nəhəngi hesablamalar aparan zaman bu quraşdırılmaları nəzərə almır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!