17 Mart, 2011
Safura Əlizadə “Eurovision 2011”ə gedəcək

O, bu ilki təmsilçilərimiz Ell və Nikkiyə dəstək olacaq

Azərbaycanın “Eurovosion 2010” mahnı müsabiqəsindəki təmsilçisi Safura Əlizadə may ayında Almaniyaya yola düşəcək. Milli.Az xəbər portalının məlumatına görə, ifaçı bu ilki təmsilçilərimiz Ell və Nikkiyə dəstək olmaq üçün Düsseldorf şəhərinə üz tutacaq. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də Azərbaycanın bu mötəbər müsabiqədəki iştirakçılarına dəstək olmaq lazımdır. “Baxmayaraq ki, “Running scared” mahnısı məni o qədər də təsirləndirməyib, amma məncə, Eldar və Nigar duetinə, onların səs imkanlarına məhz bu mahnı uyğun gəlir. Bizə sadəcə olaraq, duetimizə uğurlar arzu etmək və onların “Eurovision” səhnəsində necə çıxış edəcəyini gözləmək qalır” – deyə, ifaçı əlavə edib.

Bundan başqa, Safura çoxdan gözlənilən konsert layihəsini də reallaşdırmaq niyyətindədir. Müğənni konsertin tarixinin onun üçün əlamətdar günlərdən birinə - doğum gününə təyin olunacağını da istisna etməyib.

Məlumat üçün bildirək ki, hazırda Sankt-Peterburqda olan Safura Əlizadə bu həftə Bakıya gələcək. “Eurovision 2010” təmsilçimiz Novruz bayramını yaxınlarının və doğmalarının əhatəsində qeyd edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!