13 İyun, 2014
“Twitter” əməliyyatçısız qaldı

“Twitter” şirkətinin mikrobloq servisinin əməliyyat müdiri, Əli Rövqani tutduğu vəzifədən istefa edib. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət onu əvəz edəcək yeni namizəd axtarmır. Rövqani şirkətin tərkibində qalsa da onun hansı vəzifədə çalışacağı deyilmir.

Ümumiyyətlə “Twitter”də bundan sonra əməliyyat müdiri vəzifəsi olmayacaq. Onun gördüyü işlər isə şirkətin top-menecerləri arasında bölünəcək.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!