17 Mart, 2011
Müxalifət liderləri həbs olundu

Bəhreyn hakimiyyət orqanları şiə müxalifətinin 6 liderinin həbs olunduğunu elan edib

Simsar.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ümumilikdə 25 nəfər tutulub. Onlara hakim monarxiyanı yıxmağa çağırış ittihamı irəli sürülüb.

Həbslər ölkədə fövqəladə vəziyyət, paytaxt Manamanın bəzi rayonlarında isə komendant saatı tətbiq edilməsindən sonra aparılıb. Bundan əlavə, bütün ölkə ərazisində nümayiş və yürüşlər qadağan edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!