17 Mart, 2011
Misirdəki səfirliyimizin fəaliyyəti tam bərpa edilib

Evakuasiya olunmuş səfirliyin əməkdaşları dünən Qahirəyə qayıdıblar

Azərbaycanın Misirdəki diplomatik missiyası tam tərkibdə fəaliyyətini bərpa edib. Səfirliyin birinci katibi Elnur İsmayılovun APA-ya verdiyi məlumata görə, ölkədə baş verən iğtişaşlar zamanı evakuasiya olunmuş səfirliyin əməkdaşları dünən Qahirəyə qayıdıblar.

Gələn həftə isə səfirliyin texniki heyəti Misirə geri dönəcəklər. Xatırladaq ki, məlum hadisələrdən sonra Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları və texniki heyət bu ölkədən evakuasiya olunub. Qahirədə yalnız üç diplomatımız, o cümlədən səfir Şahin Abdullayev fəaliyyətlərini davam etdiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!