17 Mart, 2011
“Eurovision-2011” milli seçiminin finalçısı Norveçə gedir

Bu il “Eurovision-2011” milli seçiminin finalçılarından olan Aynişan Quliyeva Norveçə gedir

Gənc müğənni sözügedən ölkədə yaradıcılıq layihələrini reallaşdıracaq. Bu barədə Simsar.az-a Aynişanın anası müğənni Aybəniz Haşımova məlumat verib: “Bildiyiniz kimi, bu il qızım “Eurovision-2011”in milli seçimində iştirak edib. 4 aylıq fasiləsiz iş qrafikindən sonra onu Amerikaya istirahətə yolladım. Hazırda Aynişan Norveçə yaradıcılıq səfərinə hazırlaşır”.


Müğənni onu da əlavə edib ki, yayda qızı ilə bərabər Avropa ölkələrinə yay turnesinə çıxacaq: “Bu yay Aynişanla bərabər Avropanın bir neçə şəhərində konsertlər verəcəyik. Danimarka, İsveçrə və digər ölkələrdə çıxışlarımız olacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!