12 İyun, 2014
İslam Kərimov Avrasiya İqtisadi Birliyini tənqid etdi

Özbəkistan prezidenti İslam Kərimov ötən həftə Kremlin göstərişi il Avrasiya İqtisadi Birliyinin (AİB) yaradılması haqqında müqavilənin Rusiya, Qazaxıstan və Belarusiya tərəfindən imzalanmsını tənqid edib.

Simsar.az xəbər vderir ki,  bu barədə ABŞ-nın “Eurasianet” xəbər portalı məlumat yayıb.

Portal bildirir ki, İslam Kərimov Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilənin imzalanmasını iştirakçı ölkələrin siyasi müstəqilliyinin itirilməsi kimi qiymətləndirib: “Bu siyasi müstəqilliyin itirilməsinə gətirib çıxara bilər. Onlar deyirlər ki, yalnız iqtisadi bazar yaradırlar. Qətiyyən müstəqillikdən imtina etməyəcəklər. Mənə deyin, iqtisadi müstəqilliksiz siyasi müstəqillik ola bilərmi?"

 

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!