17 Mart, 2011
“Attestatın” sözü “Şəhadətnamənin” sözü ilə əvəz edildi

Azərbaycan Nazirlər Kabineti “Təhsil haqqında” Qanunda dəyişiklik edib 

Nazirlər Kabinetindən Simsar.az - a verilən məlumata görə, qanunun “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 1 və 2 nömrəli əlavələrinin mətnində “attestatın” sözü “şəhadətnamənin” sözü ilə əvəz edilib. 

Bundan başqa “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın 11.1.3-cü bəndində “Azərbaycan dili” - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə),” sözlərindən sonra “Ədəbiyyat,” sözü əlavə edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!