17 Mart, 2011
Yaponiyada daha bir güclü zəlzələ baş verib

Yaponiyanın şərq sahillərində Rixter şkalası üzrə 6,1 bal gücündə yeni zəlzələ baş verib

APA-nın məlumatına görə, zəlzələnin episentri Tokiodan 546 kilometr şimal-şərqdə, yer qatının 25 kilometr dərinliyində olub. Martın 11-də Honsyü adası bölgəsində baş verən 9 ballıq zəlzələdən sonra ölkənin şərqində təkrar təkanlar davam etməkdədir. Təkcə dünən fəlakət bölgəsində 5,1-6 bal gücündə 20-dən artıq zəlzələ qeydə alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!