17 Mart, 2011
Daha üç erməni ölkəsindən imtina etdi

Dövlət Komissiyası: Azərbaycanda saxlanılan daha üç erməni hərbçi üçüncü ölkəyə getmək arzusunu bildirib

Könüllü olaraq Azərbaycan tərəfə keçmiş Ermənistan Ordusunun 3 əsgəri isə öz istəyi ilə artıq üçüncü ölkəyə göndərilib


Bakı. Kəmalə Quliyev - APA. Könüllü olaraq Azərbaycan tərəfə keçmiş Ermənistan Ordusunun 3 əsgəri öz istəyi və BMT-nin Azərbaycan nümayəndəliyinin vasitəçiliyi ilə bir müddət əvvəl üçüncü ölkəyə göndərilib. Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov bildirib. Bunlar 2009-cu ilin fevral ayında könüllü olaraq Azərbaycana keçmiş Qrant Markosyan, Rafik Tevosyan və Vartan Sarkisyandır. Onların hansı ölkəyə göndərildikləri açıqlanmır.

Ş. Sayılovun sözlərinə görə, Azərbaycanda saxlanılan daha üç erməni hərbçi üçüncü ölkəyə göndərilmək arzusunu bildirib.

Ş. Sailov bildirib ki, bu gün bir Azərbaycan hərbçisi və bir mülki erməni şəxsin dəyişdirilməsindən sonra Azərbaycanda 3 erməni hərbçi, bir ailənin üzvü olan 5 mülki şəxs qalacaq.

Qeyd edək ki, bu gün saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı Artur Badalyan qarşı tərəfə, çavuş Anar Hacıyev isə Azərbaycana təhvil veriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!