17 Mart, 2011
Amerika səmasında fəlakət

Partlayışdan sonra yaranan radioaktiv hissəciklər atmosferə qarışır

Yaponiyanın ‘Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən partlayışdan sonra atmosferdə yaranan radioaktiv hissəciklər atmosferə qarışır. 

Simsar.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, atmosferə nə dərəcədə radiasiya yayıldığı barədə məlumat yoxdur. 

Həftənin sonunda gözlənən leysan yağışlarla bu maddələrin torpaq və suya qarışması sürətlənəcək. Bu arada o da məlum olub ki, radioaktiv buludlar hazırda Qərb küləyinin təsiri ilə Amerika qitəsinə, Berinq boğazı, ABŞ-ın Alyaska ştatı və Kanadaya doğru irəliləyir. Radioaktiv buludlar həftənin sonunda Alyaska və Kanadanın qərb sahillərinə çatacaq. Qarşıdakı həftədə Vankuver, San Fransisko, Las Veqas, Los Ancels və Portland da radiasiyanın təsirinə məruz qalacaq. Ancaq vaxt keçdikdə radioaktiv buludların təsiri azalır və onlar Sakit okeanın üzərindən keçdikdən sonra 4 dəfə zəifləyəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!