17 Mart, 2011
Qurban Qurbanov: "Onların qollarını sıralaması məni çox sevindirir"

Qurbanov Adamiya ilə Raufun bombardirlik şanslarını dəyərləndirdi 

Azerisport.az saytına açıqlamasında o, komandasının bu iki üzvünün bombardirlik şansını belə dəyərləndirib:

“Onların qollarını sıralaması məni çox sevindirir. Halbuki, vaxt var idi onlar vura bilmirdi, Bahodir Nasimov isə hər oyunda fərqlənirdi. “Neftçi”nin özbəkistanlı futbolçusu elə hücumçudu ki, heç nədən qol vəziyyəti yaradıb, fərqlənə bilir. 4-5 topluq geridə qalmaq az deyil. Kiminsə şansının daha böyük olduğunu deyə bilmərəm. Hər ikisi yenə qol vura və ən yaxşı bombardir ola bilərlər”.

Qeyd edək ki, hazırda ən sərrast futbolçu olan Bahodir Nasimovun hesabında 15 top var ki, onu 11 qolla Georgi Adamiya, 10 qolla Rauf Əliyev izləyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!