17 Mart, 2011
İbrahim Tatlısəs oxuya biləcək!

Həkimi Faruk Öncəl: "Danışmasıda və mahnı oxumasına heç bir maneə olmayacaq"

Simsar.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə türkiyəli sənətçinin keçmiş həkimi Faruk Öncəl açıqlayıb. 

Öncəl Tatlısəsin son durumu haqda bunları deyib: “Yenidən sağlığına qovuşur. Həmkarlarımın hədsiz fəaliyyəti və çalışmaları onun yenidən həyata dönüşünə yol açıb. Hazırda Tatlısəsin bilinci açıqdır, gözləri ilə danışa, hərəkət edə bilir. Beyninin ön divarında zədənin olmaması çox sevindiricidir. Tatlısəsin danışmasında və mahnı oxumasına heç bir maneə olmayacaq”. 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!