16 Mart, 2011
Ədliyyə Nazirliyində kadr dəyişikliyi

Rəis müavini başqa idarəyə rəis təyin olunub

Ədliyyə Nazirliyində yeni kadr təyinatı olub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadənin APA-ya verdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəis müavini Rahim Rəhimov Qeydiyyat və Notariat Baş İdarəsinin Hüquqi şəxslərin qeydiyyatı idarəsinin rəis müaviniolunub. 
İndiyə qədər isə həmin vəzifəni bu idarənin rəis müavini Mehman Sultanov icra edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!