10 İyun, 2014
“PayPal”ın prezidenti “Facebook”da iş tapdı

PayPal şirkətinin prezidenti Devid Markus “Facebook” şirkətində işə başlayacaq. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, o, şirkətin mesajlaşma biznesinin başçısı vəzifəsində çalışacaq. Bu barədə məlumatı eBay ( PayPal şirkətinə məxsusdur) yayıb. İyunun 27-dən başlayaraq Markus yeni işdə çalışacaq.

Qeyd edək ki, Markus artıq 2 ildir ki, PayPal-ın rəhbəridir. O, şirkətdən getdikdə sonra onun yerini eBay-ın baş direktoru Con Donahou tutacaq. 2013-cü il ərzində PayPal vasitəsiylə həyata keçirilən satışların həcmi 180 milyard dollar olub. Hazırda bu servisdən 193 ölkədən oan 148 milyon insan istifadə edir.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!