16 Mart, 2011
«Wikileaks» Yaponiya hökümətini ittiham etdi

Atom Elektrik Stansiyasının zəlzələyə dayanıqlı olmamasını baş nazir Naoto Kan əvvəldən bilib 

«Wikileaks» saytı Atom Elektrik Stansiyasının zəlzələyə dayanıqlı olmaması barədə Yaponiya hökumətinə iki il öncə xəbərdarlıq edilməsi barədə sənədləri ortaya çıxarıb.

Bu barədə İngiltərənin «Teleqraf» qəzetində yazılıb. Bildirilir ki, Beynəlxalq Atom Enerji Təşkilatı Yaponiyanın baş naziri Naoto Kana köhnə texnikalarla tikilmiş stansiyanın nə vaxtsa, Yaponiya üçün ciddi problem yaradacağı xəbərdarlığını edib.

Hökumət isə bu xəbərdarlığı ciddiyə almayıb.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!