16 Mart, 2011
Türkiyə səfirindən xalqa təbrik

Hulusi Kılıç bu əziz günü dördüncü dəfədir doğma Azərbaycanımda sizlərlə bərabər qeyd etməkdən xoşbəxtlik və sevinc hiss edirəm

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan xalqının Novruz bayramını təbrik edib. 

Təbrikdə deyilir :“Qardaş və dost Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Novruz bayramının hər il Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanması və gözəl şənliklərlə qeyd edilməsi təqdirəlayiq haldır. Artıq bu əziz günü dördüncü dəfədir doğma Azərbaycanımda sizlərlə bərabər qeyd etməkdən xoşbəxtlik və sevinc hiss edirəm.

Baharın Azərbaycanda və Azərbaycan sərhədlərindən uzaqlarda yaşayan bacı və qardaşlarıma cansağlığı, xoş güzəran, bərəkət, əminamanlıq və sevinc gətirməsini diləyirəm.”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!