16 Mart, 2011
Təşvişə səbəb yoxdur

"Yaponiyadakı radiasiya Azərbaycana təsir göstərə bilməz"

“Yaponiyada baş verən zəlzələ nəticəsində yaranmış radiasiya qonşu dövlətlərə, eləcə də Azərbaycana təsir göstərə bilməz. Buna görə də bununla bağlı heç bir heç bir təşvişin yaranmasına səbəb yoxdur”.

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov APA-ya bildirib ki, Yaponiyanın atom elektrik stansiyalarındakı reaktorun özündə partlayış olmayıb: “Mətbuatda bununla bağlı yanlış məlumat verilir. Reaktorun üst müdafiə hissəsində partlayışlar olur ki, həmin hissədə də partlayan reaktorun içindən ayrılmış hidrogen qazıdır. Bu qazın partlayışı nəticəsində ətraf mühitə yayılan qaynar zonadan ayrılmış yüngül parçalanmış məhsullardır. Ona görə də yalnız həmin məhsullarının tərkibindəki radioaktiv qazlardan söhbət gedir. Bu qazların uzaq məsafəyə yayılmaq ehtimali yoxdur, çünki onun miqdarı azdır. Amma yaşayış zonaları üçün müəyyən məhdudiyyət qoyulduğu üçün Yaponiya hökuməti 30 kilometrlik məsafədə yaşayış məntəqələrini boşaldır. Bu radioaktiv maddələrin 2 kilometrdən sonra ziyanı olmur. Ona görə də bunun üçün təşvişə əsas yoxdur”.


A. Qəribov deyib ki, əgər Yaponiyada da Cernobıl variantı baş verərsə, o zaman radiasiya buludları elə həmin ərazidə çökəcək, quru materikə gəlib çıxmayacaq

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!