9 İyun, 2014
Alimlər DVD disklərdən imtina etməyə çağırır

Lourens adına Milli Laboratoriya və ABŞ Şimal-Qərb Universitetinin alimləri DVD disklərdən imtina və “Streaming” texnologiyalı servislərə keçidin atmosferə "CO2” tullantılarını xeyli azaltmağa imkan verəcəyi qənaətinə gəliblər.

Simsar.az xəbər verir ki, tədqiqatçıların hesablamalarına görə, 2011-ci ildə ABŞ-da DVD-dən tam imtina karbon qazı tullantılarını 2 milyard ton azalda bilərdi.

Bundan əlavə, 30 “petacoul” elektrik enerjisinə qənaət etmək olar ki, bu da ABŞ-da 200 min ev təsərrüfatını enerji ilə təmin etməyə kifayət edir. Alimlər məlumatların saxlanılması və onların abunəçi qurğusuna ötürülməsi, DVD-nin istehsal dəyəri və onun satış nöqtələrinə tədarükü üçün xərcləri və digər amilləri nəzərə alıblar.

Qeyd olunur ki, “Streaming” video çoxlu fiziki daşıyıcılardan imtina üçün deyil, həm də kontentə baxmaq üçün müasir qurğulardan istifadə sayəsində daha qənaətcildir. Eyni zamanda DVD-dən imtinanın faiz nisbətinə təsirini müqayisə etsək və bütün faktları nəzərə alsaq, elektrik enerjisinə qənaət və “CO2” tullantılarının azalması çox da böyük görünmür.

 

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!