16 Mart, 2011
Səbail rayonunda su problemi

Suyun verilməsi bu gün bərpa olunacaq

Bakı şəhərinin Səbail rayonunda su təchizatı yaxın saatlarda tam həə bərpa olunacaq.

Bu barədə «APA-ECONOMICS»ə «Azərsu» ASC-dən bildirilib.

«Paytaxtın Neftçilər prospektində, «Azneft» dairəsi yaxınlığında yeraltı keçidin inşası ilə əlaqədar yeraltı su borularınn yerləri dəyişdirilir. Səbail rayonunda su təchizatının dayandırılması məhz bununla əlaqədardır», - deyə «Azərsu» ASC-dən bildirilib.

Şirkətdən qeyd ediblər ki, Səbail rayonunda istehlakçılara suyun verilməsi yaxın saatlarda bərpa olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!