16 Mart, 2011
Sərkisyan həmsədrlərlə görüşdə azyaşlı uşağı öldürdüklərini danıb

“Texniki cəhətdən mümkün deyil”

Ermənistan prezidenti Serj Sərkisyan martın 16-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Bernar Fasyeni (Fransa), Robert Bradtkeni (ABŞ) və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. 
“Media forum” saytı xəbər verir ki, Sərkisyan Ermənistanın martın 5-də Soçidə baş tutmuş üçtərəfli görüşdə Qarabaq münaqişəsi üzrə əldə olunan razılaşmalara sadiq olduğunu, danışıqları davam etdirməyə hazır olduğunu bildirib.
Sərkisyan martın 8-də Ermənistan Silahlı Qüvvələrinin snayperdən açdığı atəş nəticəsində 9 yaşlı Ağdam sakini Fariz Bədəlovun həlak olması xəbərini təxribat adlandırıb: “Bu ittiham tamamilə uydurmadır, mülki əhaliyə, əsasən də uşaqlara qarşı belə hərəkət erməni əsgərinin mənəvi simasına uyğun gəlmir. Bu ittihamlar əsassızdır, çünki həmin ərazidə belə hadisənin baş verməsi texniki cəhətdən mümkün deyil”.




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!