16 Mart, 2011
Ramil Usubov əmr imzaladı

Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycanda keçiriləcək Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai yerlərdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti martın 19-dan 28-dək gücləndirilmiş iş rejiminə çalışacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!