16 Mart, 2011
Satıcılar etiraza qalxdı

Binə Ticarət Mərkəzində “qiymətləri endirin” aksiyası 

Yerhaqlarının artırılmasına etiraz edənləri bazar mühafizəçiləri döyüblər   

Binə Ticarət Mərkəzidə yerhaqlarının artırılması bazarda ticarətlə məşğul olanların ciddi etirazına səbəb olub. Ticarətçilər ticarət mərkəzinin rəhbərliyinə dəfələrlə müraciət etsələr də yerhaqlarının endirilməsinə nail ola bilməyiblər.
Bu üzdən narazı satıcılar Binə Ticarət Mərkəzinin qarşısında aksiya keçirməyi planlaşdırır. Hadisənin iştirakçılarından biri Simsar.az saytının əməkdaşına bildirib ki, Lökbatan yolunu bağlamaq istəslər də, polis onların hərəkətinə mane olub.
Modern.az isə məlumat yayıb ki, yerhaqlarının artırılmasına etiraz edənləri bazar mühafizəçiləri döyüblər.   
Vasif

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!