16 Mart, 2011
Dövlət Notariat Kontorunda oğurluq

Bakının Sabunçu rayonunda Dövlət Notariat Kontorundan oğurluğa cəhd edilib

Rayon Polis İdarəsindən Simsar.az -ın məlumata görə, cinayət hadisəsi martın 15-də, Bakıxanov qəsəbəsi, A.Alı küçəsi ev 10-da yerləşən 16 №-li Dövlət Notariat Kontorunda baş verib. Oğurluğa cəhd göstərən Suraxanı rayonu sakini Ceyhun Vəliyev tutulub. 
Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşları C.Vəliyevin üstünə baxış zamanı 3 ədəd vintaçan, 1 ədəd «Texnika Bank» ASC yazısı olan çek kitabçası və 2 ədəd açar aşkar edərək götürüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!