16 Mart, 2011
İranda həbsxanada qarşıdurma olub

Qəzvin şəhər “Qızıl hasar” cəzaçəkmə müəssisəsində edama məhkum olan məhbuslar qaçmağa cəhd ediblər

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, edam hökmünə məhkum olan narkotik qaçaqmalçıları cəzaçəkmə müəssisəsində bilərəkdən yanğın törədiblər. Vəziyyətdən istifadə edib qaçmaq istəyən məhkumlar digər məhkumların müqaviməti ilə üzləşiblər. Məhkumların arasında qarşıdurma yaranıb.

Cəzaçəkmə müəssisəsinin keşikçiləri və həbsxanaya çağırılan polislər hadisəyə müdaxilə edib. Qarşıdurma zamanı bir neçə məhkum ölüb, bir neçəsi isə ağır yaralanıb.

Ölənlərin sayı barədə məlumat verilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!