16 Mart, 2011
FHN bomba ilə bağlı məlumat yaydı

Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib

Bakı şəhəri, Yasamal rayonu ərazisində Azərbaycan Dövlət Nəşriyyatının yerləşdiyi binaya partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.

FHN-nin rəsmi saytına istinadən Simsar.az bildirir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər binada olan insanların təhlükəsizliyini təmin edib və Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə binada axtarış işləri aparıblar. Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 22:30-da başa çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!