16 Mart, 2011
Nə qədər adam pensiya alır?

Əmək pensiyası yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilir

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 155 nəfərə çatıb.

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev “APA-ECONOMICS”ə bildirib ki, əmək pensiyası alan şəxslərin 507 790 nəfəri kişi, 784 365 nəfəri qadındır. Onlardan əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 324 745 nəfər, yaşa görə əmək pensiyası alanların sayı 831 122 nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 136 288 nəfərdir.

Qeyd edək ki, əmək pensiyası “Əmək pensiyaları haqqında” qanunla nəzərdə tutulmuş qaydalarla müəyyən edilən, məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara verilən aylıq pul ödənişidir. Əmək pensiyası yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!