4 İyun, 2014
Ölkəmizdəki ən məşhur sosial şəbəkə

"Global Stats" statistik mərkəzinin hesablamalarına görə, Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı son bir ayda 2,3 faiz artıb. Simsar.az-ın Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanda “Facebook” sosial şəbəkəsinin payına sosial media bazarının 73,67%-i düşür.

Beləliklə, son bir ayda sosial şəbəkənin istifadəçilərinin sayı 2,3%, ilin əvvəlinə nisbətən 11,7%, ötən ilin müvafiq dövrünə nisbətən isə 6,8% artıb.

İstifadəçi marağına görə ikinci yeri 10,87% bazar payı ilə “Twitter” sosial şəbəkəsi tutub. Onun bazar payı son bir ayda 5,4% artıb.

Üçüncü yerdə 4,52% bazar payı ilə “YouTube” sosial şəbəkəsi yerləşib.

“Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1,37% təşkil edir. Hazırda “Odnoklassniki” sosial şəbəkəsi “Pinterest” sosial şəbəkəsinə öz yerini verib və sonuncunun bazar payı son bir ildə 72,9% artıb.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!