16 Mart, 2011
İbrahim Tatlısəs danışdı

Həkim: “Özü nəfəs ala bilir, əlimizi sıxır”

Simsar.az “Vatan” qəzetinə istinadən xəbər verir ki, naməlum şəxslərin silahlı hücumuna məruz qalmış məşhur türk müğənnisi İbrahim Tatlısəsin həkimləri səhhəti ilə bağlı məlumat verib. Həkimlərin məlumatına görə, sənətçi üç gündən sora nəhayət, ayılıb. Məlumata görə, o, sol qol və ayağını tərpədib. Digər sevindirici xəbər isə odur ki, Tatlısəs danışıb. Həkimlərin dediyinə görə, sənətçi qarşısındakı insanların əlini sıxıb. Həkimlərin “necəsiz” sualını cavablandırıb. Həkimlərin sözlərinə görə, sənətçinin həyatı təhlükəsi 10 faizə enib. Bundan başqa, həkimlər İbrahim Tatlısəsin yaddaş itkisi ilə bağlı fikir söyləməkdə çətinlik çəkirlər. 

Qəzetin məlumatına görə, polis Tatlısəsə sui-qəsd edən iki nəfərin şəxsiyyətini müəyyənləşdirib. Polis həmin şəxslərin yaxalanması üçün geniş əməliyyata başlayıb. Prokurorluq isə son telefon danışıqlarının əldə olunması üçün məhkəmə qərarı çıxarıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!