16 Mart, 2011
Misirdəki səfirliyinin əməkdaşları Qahirəyə qayıdır

Öncə üç nəfər qayıdacaq

Bu günlərdə Azərbaycanın Misirdəki səfirliyinin diplomatik heyəti fəaliyyətini tam tərkibdə davam etdirmək üçün Qahirəyə qayıdacaq.

Bu barədə APA-ya səfirliyin birinci katibi Elnur İsmayılov məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə səfirliyin daha üç əməkdaşının geri qayıtması gözlənilir: “Bundan başqa tezliklə səfirliyimizin texniki heyəti də geri dönməlidir. Və biz fəaliyyətimizi adi rejimdə davam etdirəcəyik. Hazırda Misirdə vəziyyət sakitdir, amma hərdən bir nümayişlər keçirilir”.

Xatırladaq ki, Misirdə baş verən kütləvi iğtişaşlardan sonra Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları evakuasiya olunublar. Səfirlikdə yalnız üç əməkdaş, o cümlədən səfir Şahin Abdullayev qalıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!