16 Mart, 2011
Ermənistandakı hərbi əsirin əvəzinə mülki şəxs qaytarılacaq

Əsir və girovların qaytarılması ilə bağlı yeni razılıq əldə edilib

Azərbaycan və Ermənistan əsir və girovların qaytarılması ilə bağlı yeni razılıq əldə edib. Bu barədə APA-ya Beynəlxalq Qızıl Xaş Komitəsinin Azərbaycan nümayəndəliyinin yayım şöbəsinin müdiri İlahə Hüseynova məlumat verib.

O deyib Ermənistan tərəfi Azərbaycana bir hərbi əsiri, Azərbaycan isə bir mülki şəxsi Ermənistana qaytarmağa razılıq verib. BQXK prosesdə vasitəçilik missiyasını yerinə yetirəcək. Dəyişdirilmənin yerini və vaxtını isə tərəflər müəyyənləşdirəcək.

Xatırladaq ki, hazırda Ermənistanda iki Azərbaycan hərbçisi əsirlikdə saxlanılır. Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov ötən il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Azərbaycanda isə 12 Ermənistan vətəndaşı əsir və girovluqdadır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!