16 Mart, 2011
Zəlzələ və sunami Yaponiyaya 183 milyard dollar ziyan vurub

Martın 11-də baş verən zəlzələ və sunami nəticəsində Yaponiya iqtisadiyyatına 170-183 milyard dollar civarında ziyan dəyib

Simsar.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Credit Suisse” Bankının analitiklərinin hesablamaları bunu göstərir. 

Bu məbləğin 73-85 milyard dolları infrastrukturun dağılması ilə bağlı birbaşa itkidir. Ölkədə bərpa işləri aparmaq üçün büdcənin əlavə xərcləri 24 milyard dollar olacaq. Ümumiyyətlə, yaxın 3 ildə bərpa işləri üçün 49-61 milyard dollar gərəkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!