16 Mart, 2011
Prezident İlham Əliyev sərəncam imzalayıb

İlham Əliyev Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinə 5 milyon manat məbləğində vəsait ayırıb

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən ölkənin ən böyük şəhərlərindən olan Gəncədə və Sumqayıtda abadlıq-quruculuq işlərini davam etdirmək məqsədi ilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Gəncə və Sumqayıt şəhər icra hakimiyyətlərinin hər birinə 5 milyon manat məbləğində vəsait ayrılıb. Prezident Maliyyə Nazirliyinə nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etməyi tapşırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!