15 Mart, 2011
Sabah Bakıda «XXI əsrin dialoqu: Media - İKT» mövzusunda dəyirmi masa keçiriləcək

“Media - İKT əməkdaşlıq platforması” müzakirəyə çıxarılacaq

Sabah “Avropa” otelinin “Bakı” salonunda «XXI əsrin dialoqu: Media - İKT» mövzusunda dəyirmi masa keçiriləcək. Dəyirmi masada
“Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi və perspektivləri”, “İKT ənənəvi medianın auditoriyasının genişləndirilməsi, gəlirlərinin artırılması üçün hansı imkanları açır?”, “İstehlakçı maraqlarının qorunması Media - İKT münasibətlərinin mühüm məqsədlərindən biridir”, “İKT-nin ən dinamik inkişaf sahəsini təşkil edən mobil kommunikasiya institutları KİV-lərə nə təklif edir və onlardan nə gözləyir?”
kimi məsələlər barədə fikir mübadiləsi aparılacaq, “Media - İKT əməkdaşlıq platforması” müzakirəyə çıxarılacaq.

Dəyirmi masada Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyinin təmsilçiləri, İKT mütəxəssisləri, mobil rabitə şirkətlərinin rəhbərləri, media mənsubları, QHT və jurnalist təşkilatlarının, fondların, səfirliklərin və beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!