15 Mart, 2011
İlham Əliyev Mərakeşin ədliyyə nazirini qəbul edib

Prezidenti İlham Əliyev Mərakeş Krallığının ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Qonağın ölkəmizə səfərinin Azərbaycan-Mərakeş ikitərəfli münasibətlərinin inkişafı baxımından əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu səfərin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, respublikamızda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını vurğulayıb. Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmli olduğunu deyib.

Ədliyyə naziri Məhəmməd Nəsiri rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Mərakeş Krallığının ədliyyə naziri Məhəmməd Nəsiri ölkəsində islahatların həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, Mərakeşin Azərbaycanda müxtəlif sahələrdə aparılan islahatların təcrübəsindən bəhrələnmək istəyində olduğunu bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!