15 Mart, 2011
Qarabağ əlilləri və şəhid ailələrinə evlər verildi

Şabrandakı bina 16 mənzildən ibarətdir

Şabranda Qarabağ əlilləri və şəhid ailələri üçün inşa olunan 4 mərtəbəli, 16 mənzilli yaşayış binası istifadəyə verilib. Açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov iştirak edib. 

Bundan başqa rayon mərkəzində bir, Uzunboyad kəndində də bir fərdi yaşayış mənzili istifadəyə verilib. Nazir jurnalistlərə açıqlamasında dövlət tərəfindən bu sahəyə diqqət və qayğının artırılacağını bildirib. 

Onun sözlərinə görə, Novruz bayramına kimi Biləsuvar və Ağstafa, bayramdan sonra isə Xaçmaz, Mingəçevir, Salyan, Astara rayonlarında və Şüvəlan yaşayış məntəqəsində bu tipli yaşayış binalarının istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, ƏƏSMN tərəfindən ötən il Qarabağ əlilləri və şəhid ailələrinə 360 mənzil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!