15 Mart, 2011
TQDK-DAN FƏZAİL AĞAMALIYA CAVAB VERİLDİ

“Hamı bilir ki, imtahan prosesində yeganə meyar bilikdir”

Millət vəkili Fəzail Ağamalının Milli Məclisin bugünkü iclasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ünvanına səsləndirdiyi sərt ittihamları TQDK rəsmisi “cəfəngiyyat” adlandırdı. 
Deputatın TQDK-da rüşvətxorluq halları var. Hər il BDU-nun hüquq fakültəsinə, Tibb Universitetinə TQDK xətti ilə tələbələr qəbul edilir. Həmin tələbələr 100-150 min manatadək rüşvət verib qəbul olunurlar” deməsinə qurumun mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə “əsassız fikirlərdir” şəklində reaksiya verib.
E.Nağızadə Simsar.az- a açıqlmasında bildirib ki, ölkə ictimaiyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali, orta ixtisaslı təhsil müəssisələrinə qəbul imtahanlarını tam şəffaf şəkildə keçirdiyini bilir: “Hamı bilir ki, imtahan prosesində yeganə meyar bilikdir. Məhz bu fakta görə, səsləndirilən həmin fikirlərin heç bir əsası yoxdu və tam cəfəngiyyatdır”.
Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!