29 May, 2014
Google sürücüsüz avtomobil istehsalına başladı

Google şirkəti insan iştirakı olmadan elektronika ilə idarə ediləcək avtomobillər buraxmağa hazırlaşır. Simsar.az lenta.ru-ya istinadən xəbər verir ki, bu maşınların fərqləndirici cəhəti sükanın, eləcə də, akselerator və əyləcin olmamasıdır.

Pilotsuz avtomobillərin hazırlanması ilə korporasiyanın elmi-araşdırma şöbəsi - Google X məşğul olur. Hazırda amerikalılar bir neçə prototip yaradıb. Onlar "iki futbol meydançası" məsafəsində olan ətraf mühiti qeydə olan sensorlarla təchiz olunub. Avtomobillərin maksimum sürəti saatda 40 km-lə məhdudlaşdırılıb. Maşının salonunda təhlükəsizlik kəməri ilə 2 oturacaq, sərnişinlərin əşyaları üçün hissə, proqramın və aqreqatların işə salınma düyməsi, eləcə də təyinat nöqtəsinə istiqaməti göstərən ekran var.

Cari ilin yayında şirkət ilk mərhələdə əl ilə idarə edilən maşınları yola çıxaracaq. Pilot sınaqları Kaliforniyada növbəti 2 il ərzində keçiriləcək. Korporasiyanın təmsilçilərinin sözlərinə görə, hər şey düşünülmüş ssenari üzrə gedərsə, gələcəkdə onlar vasitəçilərin köməyi ilə texnologiyanı bütün dünyaya yaymağı planlaşdırırlar.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!