15 Mart, 2011
Əli Əhmədovdan təklif

“Mənzil probleminin həlli üçün dövlət proqramı hazırlansın”

"Azərbaycan əhalisi sürətlə artır. Son 20 ildə ölkə əhalisinin sayı 2 milyon nəfər artıb.

Bu prosesi nəzərə alaraq Azərbaycan hökuməti əhalinin işlə təmin olunmasına yönələn işlər həyata keçirməlidir”. APA-nın məlumatına görə, bu fikirləri millət vəkili, Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov Milli Məclisdə hökumətin hesabatının müzakirəsində deyib. O, bu sahədə müvafiq dövlət proqramının hazırlanmasının məqsədəuyğun olduğunu deyib: “Əhalinin artması ilə bağlı ortaya çıxan digər problem vətəndaşların mənzillə təmin olunmasıdır. Mənzillərə olan tələbatın ödənilməsi istiqamətində müvafiq işl ər görülməlidir. Vətəndaşların mənzillə təmin olunması istiqamətində 10 illik dövlət proqramı hazırlana bilər və bu proqram çərçivəsində ildə 1 milyard manat pul ayırmaqla 10 minlərlə vətəndaşın mənzil problemini həll etmək olar. Bu proqram həmçinin əhalinin işlət təmin olunmasına öz töhfəsini verəcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!