15 Mart, 2011
DİN MÜXALİFƏTİN MİTİNQ QƏRARINA CAVAB VERDİ

Orxan Mansurzadə: “Əvvəlki mövqeyimiz dəyişməz və birmənalıdır”

“İctimai Palatanın aprelin 2-də keçirəcəyi aksiya icazəsiz olarsa, onun qarşısı birmənalı şəkildə alınacaq. Bu istiqamətdə əvvəlki mövqeyimiz dəyişməz və birmənalıdır. İctimai Palata mitinq təyin etdiyi vaxtda, həmin aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırarsa, qurum tərəfindən təyin olunmuş yerdə keçirərsə, polis əməkdaşları həmin tədbir vaxtı asayişin mühafizəsini və mitinq iştirakçıların təhlükəsizliyini təmin edəcək”. 

Daxili Işlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Simsar.az saytına açıqlamasında belə deyib.

İctimai Palatanın koordinasiya şurası dünən keçirdiyi toplantıda müxalifətin birgə mitinqini aprelin 2-nə saat 14-ə təyin edib.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!