15 Mart, 2011
İsveçrə prezidenti Naxçıvanda səfərdədir

Mişelin Kalmi-Rey martın 15-də Naxçıvana gedib

Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının prezidenti xanım Mişelin Kalmi-Rey martın 15-də Naxçıvana gedib.

APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Naxçıvan Beynəlxalq hava limanında İsveçrə prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli geyimli uşaqlar ali qonağa gül dəstəsi təqdim ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!