15 Mart, 2011
MİLLİ KİTAB MÜKAFATINA İDDİALI 20 ƏN YAXŞI ƏSƏR

Adlar Martın 17-də bilinəcək

Martın 17-də Beynəlxalq Mətbuat Mərkəzində Milli Kitab Mükafatının uzun siyahısı elan olunacaq. Saat 12-də başlayacaq tədbirdə MKM-ə təqdim olunan 112 əsərdən 20 ən yaxşı əsərin adları və müəllifləri açıqlanacaq. 

Milli Kitab Mükafatı “Bakcell” şirkətinin baş sponsorluğu və “Unibank” ASC-nin rəsmi sponsorluğu ilə keçirilir. Birinci yeri tutan 3 min, ikinci yeri tutan 2 min, üçüncü yeri tutan min manat pul mükafatı alacaq. ABŞ səfirliyi Amerika yazıçısının Azərbaycan dilinə ən yaxşı tərcüməsinə görə min manat özəl mükafat verəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!