15 Mart, 2011
DÖVLƏT STATİSTİKA KOMİTƏSİNİN SƏDRİNDƏN ACINACAQLI XƏBƏR

“BİZDƏ QİYMƏTLƏR QALXANDAN SONRA DÜŞMÜR”

“Etiraf etməliyik ki, ölkə üzrə ərzaq məhsullarında bayramqabağı qiymətlər müəyyən qədər qalxıb, amma həyata keçirilən tədbirlər nəticəsində qiymətlərdə azalmalar da müşahidə olunur”. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev martın 15-də jurnalistlərə açıqlamasında belə deyib. 

Arif Vəliyev Novruz bayramından sonra qiymətlərin necə olacağı barədə proqnoz verməkdə çətinlik çəkdiyini vurğulayıb: “Ümumiyyətlə deyə bilərəm ki, bizdə qiymətlər qalxandan sonra aşağı düşmür. Yəni qiymətlərin qalxması satıcılardan asılıdır. Nəyə görə bir ay bundan əvvəl ətin kiloqramı 6 manat idi, indi 7 manat olub? Qeyd edim ki, Azərbaycan prezidentinin tapşırığından sonra qiymətlərin enməsi gözlənilir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!