15 Mart, 2011
Həyacana ehtiyac yoxdur

“Yer oxunun yerdəyişməsi ciddi fəsad törətməyəcək”

“Yaponiyada baş verən zəlzələ səbəbindən Yer oxunun öz yerini 15 sm dəyişməsinin ciddi fəsadları olmayacaq”.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, Yer müəyyən nöqtə ətrafında daim fırlanır. Elmdə buna presesiya deyilir: “Təbii ki, Yer oxunun dəyişməsi təbii yolla baş verərsə, daha yaxşıdır. Min illər boyu Yer müəyyən nöqtə ətrafında kilometrlərlə hərəkət edir. İldə 1-2 sm öz oxunu dəyişir”.

Ə. Quliyev deyib ki, Yer oxunun dəyişməsi sutkanın qısalmasına da təsir edir. Amma bu təsir də həddindən artıq cüzidir: “Bu təsir saniyənin mində bir hissəsi qədərdir. Sutka özü də standart deyil. Bu, ümumi dəyişmənin fonunda çox cüzi kəmiyyətdir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!