15 Mart, 2011
FHN-dən "zəlzələ" məlumatı

Yeraltı təkanların gücü 3 bal təşkil edib

Fövqəladə Hallar Nazirliyi Şirvandakı zəlzələ ilə bağlı məlumat yayıb. 

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, 15 mart 2011-ci il tarixində saat 09:36-da Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 15 mart 2011-ci il tarixində Bakı vaxtı ilə saat 00:57-də Şirvan şəhərindən 33 km şimalda zəlzələ qeydə alınıb.


Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 3,0 bal təşkil edib. Zəlzələ Şirvan şəhərində episentrə yaxın ərazilərdə 2,5-2,0 bal gücündə hiss edilib. Dağıntı haqqında məlumat daxil olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!