15 Mart, 2011
Həkimlər İbrahim Tatlısəsi oyatmaq istəyir

“Xəstə reanimasiyadan çıxmayınca, həyatı təhlükədə olacaq” 

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlər İbrahim Tatlısəsin narkoz yuxusundan tədricən oyadılması barədə qərar qəbul ediblər: “Oyandırma prosesi bir anda olan hadisə deyil. Dərmanların təsirinin azaldılması davam edəcək.” - deyə jurnalistlər qarşısında açıqlama verən həkim bildirib. 
Həkim onu da bildirib ki, müğənninin vəziyyəti ağır olsa da, yaxşılaşmağa doğru gedir: “Düzdür, xəstə reanimasiyadan çıxanadək həyati təhlükə davam edir. Amma proses yaxşılığa doğru inkişaf edir”.
Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!