15 Mart, 2011
Əsgər özünü öldürdü

Hadisə Bakı hərbi birləşməsinə məxsus hərbi hissələrdən birində qeydə alınıb

2010-cu ilin yanvarında Oğuz Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Orxan İlham oğlu Məmmədov özünü asaraq intihar edib. Mərhum əsgərin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O. Məmmədovun ordudan tərxis olunmasına 3 ay qalıbmış. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, intiharın səbəbləri araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!